Dünya

Rusiya səfiri yaxın zamanda ABŞ-a qayıtmayacaq – Rəsmi açıqlama

“Çox guman ki,  Rusiya səfiri Anatoli Antonov yaxın zamanlarda Vaşinqtona dönməyək”. 

“SAVAŞ” xəbər verir ki, bunu RİA Novosti-yə açıqlamasında Rusiya  XİN-nin müavini  Sergey Ryabkov söyləyib. 

“Bu yaxın günlərdə həll olunacaq məsələ deyil. Səfirin qayıtma müddəti Vaşinqtonun ikitərəfli görüşdə atacağı addımlara uyğun olaraq müəyyən ediləcək. Ümid edirik ki, sözügedən görüşdə ölkələrimiz arasındakı münasibətlərin nisbi normallaşması istiqamətində hansısa təkliflər səsləndiriləcək və bu yolda hansısa əməli işlər görüləcək”, – deyə o, bildirib. 

Qeyd edək ki,  Antonov martın 21-də  Moskvaya qayıdıb. Amerika prezidenti Co Baydenin “Vladimir Putini qatil hesab edirsinizmi?” sualına müsbət cavab verərək Rusiya liderinin ABŞ-dakı seçkilərə müdaxiləyə görə cavab verəcəyi bəyanatından sonra Rusiya XİN-i onu bu məsələ ilə bağlı məsləhətləşmə aparmaq və ABŞ-Rusiya münasibətlərini analiz etmək məqsədilə Rusiyaya dəvət edib. 

Rusiya XİN-də vurğulayıblar ki, onlar Vaşinqtonun dalana dirədiyi Rusiya-Amerika münasibətlərinin geriyə dönüşü olmayan deqradasiyasının qarşısını almaqda və əlaqələrin normallaşması üçün yolların müəyyən olunmasında maraqlıdırlar. 

Moskvada Antonov Xarici İşlər Nazirliyində, Dövlət Dumasında və Federasiya Şurasında görüşlər keçirib. Xarici işlər naziri Sergey Lavrovun açıqlamasına görə, səfirin Vaşinqtona qaytarılması qərarı prezident tərəfindən veriləcək.

Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button