Dünya

Ukrayna ordusu Donbası atəşə tutdu – Ölən var

Donbasda separatçı rejimin hərbçisi həlak olub.

Lenta.ru xəbər verir ki, Donbasda qondarma Donetsk Xalq Respublikasının (DXR) Xalq milisinin bir hərbçisi öldürülüb. Bu barədə aprelin 8-də “Donetsk Xəbər Agentliyi” xəbər verir.

Xalq milisi idarəsindən  döyüşçünün Ukrayna qoşunlarının açdığı atəş nəticəsində həlak olduğu bildirilib. Donetskdə iddia edirlər ki, düşmən Donetskinin şimalında yerləşən Vesyoloye  kəndinin ərazisinə minaatandan atəş açıb.

İdarədən  bildirilib ki, Xalq milisi cavab atəşi açmaq məcburiyyətində qalıb. Bir müddət əvvəl rəsmi Kiyev məlumat  vermişdi ki, gün boyu düşmən beş dəfə atəşkəs rejimini pozub. Bir Ukrayna hərbçisi həlak olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button