Dünya

Oğlunun noutbukunda Baydenə yazdığı məktub aşkarlandı: “Məni xilas etmək üçün prezident ol”

ABŞ prezidentinin oğlu Hanter Baydenin noutbukunda  tapılan məlumatlarla bağlı  yeni təfərrüatlar bəlli olub. 

Daily Mail xəbər verir ki, ekspertlər noutbukdakı məlumatların səhih olduğuni dəqiqləşdirib. 

Nəşrin məlumatına  görə, Hanter Baydenin narkotik ticarəti və fahişəliklə əlaqəli biznes kimi qaranlıq işlərlə məşğul olmasına işarə edən məlumatların da həqiqətəuyğun olduğu meydana çıxıb. 

Daily Mail həmçinin xəbər verir ki, noutbukda Hanterin atasına ünvanladığı məktub da aşkar edilib. Həmin məktubda o, atasından acizanə surətdə prezidentlik yarışmasında iştirak etməsini xahiş edir. 

“Sən seçkilərə qatılmasan, mən heç vaxt xilas olmaq şansı qazanmayacağam”,– Daily Mail 2019-cu ilə aid məktubdan sitat gətirir. 

Jurnalistlər sözügedən məlumatların “Maryman & Associates”-in eksperti Bred Meriman tərəfindən təqdim edildiyini vurğulayır. Adı çəkilən peşəkar düz 30 il Federal Təhqiqatlar Bürosu strukturlarının informasiya təhlükəsizliyi üzrə mütəxəssis olub.

Mənbə: Pravda.ru
Tərcümə: Selcan
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button