Dünya

Türkiyə Roma papasından izahat tələb edir – QALMAQAL

Türkiyə Roma papasından izahat tələb edir - QALMAQALVatikanın Ankaradakı səfiri Antonio Lucibello bu gün Türkiyə Xarici İşlər Nazirliyinə cağrılıb.

\”Röyter\” agentliyi xəbər verir ki, bu barədə Türkiyə hökumətinin rəsmi nümayəndəsi açıqlama yayıb.

O deyib ki, Türkiyə XİN-də Antonio Lucibellodan Roma papasının qondarma \”erməni söyqırımı\” barədə dediyi fikirlərinə görə izahat tələb olunub.

Bu gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə çıxış edən Fransisk bildirib ki, “erməni soyqırımı” XX əsrin ilk soyqırımı olub. Mərasimdə Ermənistan prezidenti Serj Sərkisyan və erməni din adamları da iştirak edib.

Papanın bu açıqlaması isə Türkiydə narazılıqla qarşılanıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button