Dünya
4 yaşlı uşaq prezident mühafizəçilərini ayağa qaldırdı
Aprelin 12-də ABŞ prezidentinin iqamətgahına naməlum şəxs daxil olub.
Buna görə ABŞ-ın gizli xidmət əməkdaşları həyəcan təbili çalıb. Lakin…
ANS PRESS-in məlumatına görə, tezliklə məlum olub ki, həmin naməlum şəxs 4 yaşlı uşaq imiş.
Hadisə jurnalistlərin gözləri qarşısında baş verib. \”Təhlükəsizlik xidmətinin əməkdaşları əllərində silahla qəfildən şimala tərəf qaçmağa başladılar. Müxbirlərə də Ağ Evin içərisində gizlənmək məsləhət görüldü\”, – deyə şahid jurnalistlərdən biri bildirib.
Sonradan müəyyən olunub ki, oğlan uşağı Ağ Evin hasarının yanından velosipedlər üçün olan dirəyin altına girib. \”Uşaq yaxşıdır və o, valideynlərinə təhvil verilib\”, – deyə gizli təşkilatın mətbuat katibi Brayan Liri açıqlama verib.
Loading...