Dünya

Navalnının həkimlərindən son xəbərdarlıq: “Öləcək”

Rus müxalifətçi Aleksey Navalnının həyati təhlükəsi var. 

Bu barədə Navalnının həkimləri məlumat veriblər.  Belə ki, onun aclıq aksiyasını dayandırmayacağı halda, ölə biləcəyi deyilib.  Həkimlər  20 apreldə edilən analizin nəticələrindən sonra bu qənaətə gəliblər.

“Aclıq aksiyası bir az da davam edərsə, müalicə etməyə adam da qalmayacaq”, – deyə onlar xəbərdarlıq ediblər.
Qeyd edək ki, rus müxalifətçi Aleksey Navalnı həbsxana şəraitinin və pis rəftarın olduğunu iddia edərək 31 martda aclıq aksiyasına başlayıb. Daha sonra vəziyyəti pisləşən Navalnı xəstəxanaya yerləşdirilib.

Türkan

Sfera.az

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button