Dünya

Papa ermənilərdən 25 milyard aldı?

Papa ermənilərdən 25 milyard aldı?
Roma papası Franksisin bazar günü dini ayində 1915-ci il hadisələrinə soyqırımı demək üçün erməni diasporundan 25 milyard dollar aldığı iddia olunub. ANS PRESS-in Türkiyənin “ahaber.com” saytına istinadən verdiyi məlumata görə, “soyqırımı” sözünü deyən papa bu addımı razılaşma əsasında atıb. 25 milyard dolları Vatikanın “IOR” bankına transfer etməyə söz verən erməni diasporunun katoliklərin ruhani liderini satın aldığı iddia olunub. Nəğd olaraq İsveçrə banklarından transfer olunan pulun ötən həftə axırıncı ödənişinin həyata keçirildiyi bildirilir.

Bu işi Las Veqas qumarxanalarının memarı hesab olunan milyarder Krik Kerkoryanın təşkil etdiyi, bu pulu 15 nəfəri Amerikada yaşayan 20 biznesmendən 5 illiyinə götürdüyü qeyd edilib. İddia olunur ki, bu pul barədə təminat əldə edən Kerkoryan Roma papası ilə yeni ilin ilk günlərində görüş keçirib. Franksisin əvvəl bu təklifə müsbət yanaşmadığı, amma Vatikan bankının maliyyə sıxıntılarını nəzərə alaraq razılaşdığı da iddia olunur.

Roma papasının 24 apreldə İrəvana getməməsinin səbəbi isə özünü obyektiv göstərmək cəhdidir.

Ötən il Moskavada saxlanılan və ev dustağı olan erməni biznesmen Levon Ayrapetyanın da papanı razı salmaq məqsədilə danışıq aparmaq üçün vəzifələndirildiyi bildirilir.

Bazar günü Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.

Rəsmi Ankara bu bəyanata qarşı Vatikana nota verib, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlüd Çavuşoğlu papanın bu açıqlamasına sərt reaksiya bildirib. Həmin gecə Türkiyə Vatikandakı səfirini geri çağırıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button