Dünya

Zelenski: “Separatçılarla danışmayacam, Putin gəlsin”

“Rusiya Prezidenti Vladimir Putinlə istənilən zamanda və istənilən yerdə görüşməyə hazıram”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Financial Times”a bildirib.

O bəyan edib ki, Putinlə Donbasda vəziyyətin sabitləşdirilməsi məsələsini müzakirə etmək istəyir. V. Zelenskinin sözlərinə görə, ölkəsi görüşün keçiriləcəyi məkan yox, müzakirə ediləcək məsələlər prioritet təşkil edir.

Ukrayna lideri onu da vurğulayıb ki, özlərini “Donetsk və Luqansk respublikalarının rəhbərləri” adlandıran şəxslərlə görüşmək fikrində deyil.

Aprelin 20-də Ukrayna Prezidenti rusiyalı həmkarı Vladimir Putini danışıqlar masası arxasına dəvət edib. Buna cavab olaraq, Putin rəsmi Kiyevin danışıqları Donetsk və Luqansk rəhbərləri ilə aparmalı olduğunu bildirib: “Ukrayna liderini Moskvaya yalnız ikitərəfli münasibətlərin müzakirəsi üçün dəvət edə bilərəm”.

Qeyd edək ki, Rusiya Prezidentinin bu bəyanatından sonra Ukrayna rəsmi səviyyədə V. Zelenskinin Moskvaya səfərinin mümkünsüz olduğunu bəyan edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button