Dünya

İran XİN başçısı izahat üçün parlamentə çağrılıb

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif ölkəsinin xarici siyasəti ilə bağlı mətbuata sızan söhbətinə izahat vermək üçün parlamentə çağrılıb.

İranın “Təsnim” agentliyi xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Əbülfəzl Amuli bildirib.

Onun sözlərinə görə, audiofaylın yayılması şəraitinə nazirin aydınlıq gətirməsi üçün komitənin növbəti iclasına gəlməsi təklif edilib.

Bildirilib ki, M.Zərif ölkəsinin nüvə proqramı üzrə Rusiya ilə danışıqlardan bəhs edib. O deyib ki, Rusiya ilə danışıqlarda general Qasım Süleymani əsas rol oynayıb.

Bir müddət sonra nazir vurğulayıb ki, bu danışığın dərci ölkə daxilində münaqişəyə səbəb olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button