Dünya

Sərhəd qarşıdurması: 178 Qırğızıstan vətəndaşı yaralanıb

Tacikistanla sərhəddə baş verən qarşıdurmada 178 Qırğızıstan vətəndaşı yaralanıb.

“SAVAŞ” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərhəd münaqişəsi 34 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasında başlayan qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı insidentlə nəticələnib. Sərhədçilər arasında atışma altı saatdan çox davam edib. Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Aprelin 29-u axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəlsələr də, ertəsi gün atışma yenidən başlayıb. Növbəti atəşkəs aprelin 30-da bağlanıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button