Dünya

Suriyada məktəb bombardman edildi

Suriyada məktəb bombardman edildi
Suriyada hakimiyyəti dəstəkləyən qüvvələr məktəbi bombalayıb.

Musavat.com-un məlumatına görə, bombardman nəticəsində 13 mülki vətəndaş ölüb. Ölənlərdən üçünün uşaq, üçünün isə müəllim olduğu bildirilib. Son bir həftə ərzində Hələb şəhərində məktəb ikinci dəfədir ki, hava hücumlarına məruz qalır.

Bazar ertəsi günü məktəbə təşkil olunan hücumda 9 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Suriya hökumətini dəstəkləyən qüvvələr aprelin 11-i isə müxaliflərin nəzarətində olan bazarı bombalayıb.

Bombardman nəticəsində 25 nəfər ölüb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button