Dünya

Rusiya səfiri Fransa XİN-ə ÇAĞIRILDI

Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“SAVAŞ” “RİA Novosti”yə isitnadən xəbər verir ki, buna səbəb Rusiyanın avropalı diplomatlara qarşı sanksiyalar tətbiq etməsi olub. Bundan başqa, Rusiyanın diplomatik nümayəndəliklərdə əməkdaşların sayını azaltması qərarından narahatlıq ifadə olunub.

Qeyd edək ki, rəsmi Moskva Avropa İttifaqının 8 vətəndaşına Rusiya ərazisinə giriş qadağası qoyub. Onların arasında Avropa Parlamentinin sədri David Sassoli, Avropa Komissiyasının Avropa dəyərləri və şəffaflıq məsələləri üzrə vitse-prezidenti Vera Yurova da var.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu addım Aİ Şurası tərəfindən 6 Rusiya vətəndaşına qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə cavab olaraq atılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button