Dünya

Putin televiziya ilə birbaşa mətbuat konfransı keçirir

Putin televiziya ilə birbaşa mətbuat konfransı keçirir
Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya ilə ənənəvi birbaşa yayımla sualları cavablandırır.

Xatırladaq ki, Kreml rəhbəri Rusiya dövlət başçısı ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı ən aktual suallara cavab verir. Mətbuat konfransı \”Rossiya1\”, \”Rossiya24\”, telekanalları, \”Mayak\” radiostansiyası, \”FM Xəbərləri\” və \”Rusiya Radiosu\” ilə canlı yayımlır.

Qeyd edək ki, ötən il prezidentlə canlı yayım 3 saat 55 dəqiqə davam edib. Bu müddət ərzində o 81 suala cavab verib. Ən uzun müddətli canlı yayım isə 2013-cü ildə qeydə alınıb.

* * *10:40

Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya ilə ənənəvi birbaşa yayımla sualları cavablandıracaq.

ANS PRESS-in məlumatına görə, Kreml rəhbəri ilə canlı yayım aprelin 16-da yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 14:00-da) başlayacaq.

Rusiya dövlət başçısı ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı ən aktual suallara cavab verəcək. Mətbuat konfransı \”Rossiya1\”, \”Rossiya24\”, telekanalları, \”Mayak\” radiostansiyası, \”FM Xəbərləri\” və \”Rusiya Radiosu\” ilə canlı yayımlanacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: \”Aprelin 9-dan daxil olan suallardan görünür ki, rusiyalılar prezidentdən milli marağın müdafiəsi məqsədilə daha sərt və davamlı siyasət gözləyirlər.”

Ekspertlərin fikrincə, adətən V.Putinin imicinin gücləndirilməsinə xidmət edən jurnalistlərlə görüşün başqa məqsədləri də var. Bunlar ölkə vətəndaşlarında inam yaratmaq, əhali arasında iqtisadiyyatla bağlı yaranmış çətinliklərə aydınlıq gətirmək, daxili və xarici siyasətlə bağlı açıqlamalar verməkdir.

Xatırladaq ki, son bir ildir Rusiya ilə Qərb arasında münasibətlər gərginləşob. Moskva ötən ilin martında Krımı ilhaq etdikdən sonra Qərbin iqtisadi-siyasi sanksiyaları ilə üzləşib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button