Dünya

Ukraynada tanınmış jurnalist güllələndi

Ukraynada tanınmış jurnalist güllələndi
Ukraynanın tanınmış jurnalisti Oles Buzina Kiyev şəhərində qətlə yetirilib.

Qətl hadisəsi Kiyev şəhərinin Şevçenko rayonunda baş verib. Jurnalist yaşadığı evin girişində güllələnib. Virtualaz.org Ukrayna KİV-ə istinadən bildirir ki, qətl hadisəsinin baş verdiyini özünün facebook səhifəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko təsdiq edib.

“Bu dəqiqələrdə Deqtyarevskaya küçəsində məşhur jurnalist Oles Buzina tünd göy rəngli “Ford Focus” markalı avtomobildən açılan atəş nəticəsində faciəli şəkildə qətlə yetirilib. Avtomobil ya Belarus, ya da Latviya dövlət nömrə nişanlı olub. Amma dəqiq Ukrayna nömrəsi deyil”,- deyə A.Qeraşenko yazıb. Bu barədə “Sağ sektor”un sədr müavini Anna Demid də öz facebook hesabında yazıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button