Dünya

Lukaşenkonun girov götürdüyü jurnalist videomüraciət yaydı

Minskdə saxlanılan “NEXTA” teleqram kanalının keçmiş redaktoru Roman Protaseviç videomüraciət yayıb.

Protaseviç müraciətində istintaqla əməkdaşlığının davam etdiyini bildirib.

“İndi Minsk şəhərindəki 1 saylı istintaq təcridxanasındayam. Ürəyimlə və ya digər orqanlarla bağlı heç bir sağlamlıq problemimin olmadığını deyə bilərəm. İşçilərin mənə olan münasibəti mümkün qədər düzgün və qanun çərçivəsindədir. Bundan əlavə, hazırda istintaqla əməkdaşlığa davam edirəm və Minsk şəhərində kütləvi iğtişaşların təşkili faktı barədə ifadə verirəm”,- deyə o qeyd edib.

Xatırladaq ki, Yunanıstandan Litvaya gedən “Ryanair”ə aid 123 nəfəri daşıyan təyyarə bomba xəbərdarlığı iddiası ilə Belarus hava məkanında məcburi endirilib. Sərnişinlər arasında olan “Nexta” ve “Belarus Golovnogo Mozga” teleqram kanallarının rəhbəri saxlanılıb.

Aİ Şurası Roman Protaseviç və onunla birlikdə saxlanılan sevgilisi Sofiya Sapeqinin dərhal sərbəst buraxılmasını və onların hərəkət azadlığının təmin olunmasını tələb edib. (qafqazinfo)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button