Dünya

Netanyahu: “HƏMAS atəşkəsi pozsa, cavabımız çox sərt olacaq”

İsrailin Qəzza sektorunda fələstinli radikallar tərəfindən atəşkəsin mümkün pozulmasına cavabı çox sərt olacaq.

Bu barədə bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlarının yekununa dair çıxışında bildirib.

“Əgər HƏMAS sakitliyi pozub İsrailə hücum etsə, bizim cavabımız çox güclü olacaq”, – deyə B. Netanyahu vurğulayıb.

İsrailin Baş naziri ABŞ prezidenti Co Baydenə və E. Blinkenə ölkəsinin özünümüdafiə hüququnu möhkəm dəstəklədiyinə, eyni zamanda, antisemitizmin təzahür etməsinə münasibətdə sərt bəyanat və mövqelərinə görə də təşəkkürünü bildirib.

B. Netanyahu ABŞ dövlət katibi ilə Qəzza sektorunun və İordan çayının qərb sahilinin iqtisadiyyatının bərpa olunmasına beynəlxalq yardımı, eləcə də radikallar tərəfindən saxlanılan iki İsrail vətəndaşının və iki əsgərin meyitinin qaytarılmasını müzakirə etdiyini qeyd edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button