Dünya

Makkeyn macar baş naziri söydü: “Neofaşist, Putinlə yatağa girən…”

Makkeyn macar baş naziri söydü: “Neofaşist, Putinlə yatağa girən...”Nüfuzlu amerikalı senator Con Makkeyn Macarıstanın baş naziri, Rusiya ilə yaxınlığına və Putinin idarəçilik metodlarını mənimsədiyi üçün “mini Putin” adı alan Viktor Orbanı sərt ifadələrlə tənqid edib.

Virtualaz.org saytının Qərb mənbələrinə istinadən verdiyi xəbərə görə, Makkeyn “Dəliqanlılar və gözəllər” serialının prodüsseri Kolin Bellin ABŞ-ın Macarıstandakı səfiri vəzifəsinə namizəd irəli sürülməsinə qarşı çıxaraq deyib ki, Birləşmiş Ştatlar bu cür mürəkkəb siyasi situasiyanın hökm sürdüyü ölkəyə qadın-prodüsseri səfir göndərməklə ciddi səhvə yol verir.

O, Senatdakı həmkarlarını bu namizədə qarşı çıxmağa çağırıb və bildirib ki, Kolin Bell Amerika maraqları üçün mühüm olan ölkədə səfir postuna qətiyyən yaramır.

Con Makkeyn Viktor Orbanı kəskin tənqid edərək deyib ki, Macarıstan öz suverenliyini “Putinin yatağına uzanan neofaşist diktatora” güzəştə gedir.

Makkeynin ifadələri Macarıstanda qəzəb doğurub və bu ölkənin XİN-i ABŞ-dan izahat istəyib.

Xatırladaq ki, Macarıstanda sərbət toplaşmaq, söz və birləşmək azadlıqlarının sərt şəkildə məhdudlaşdırılması, Orbanı avtoritar idarəçiliyi ABŞ-ı bu ölkə rəsmilərinə qarşı sanksiya tətbiq etməyə məcbur edib.

Viktor Orban 2010-cu ildən başlayaraq Macarıstanda qanunları və konstitusiyanı dəyişdirmək yolu ilə bütün hakimiyyəti əlində cəmləyib. O, ABŞ-dan və Avropa İttifaqından qrant alan QHT-lərin fəaliyyətini dayandırıb.

Virtualaz.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button