Dünya

“ABŞ raketləri 7 dəqiqəyə Moskvaya düşəcək” – Putin qəzəbləndi

Rusiya Prezidenti Vladimir Putin “Россия 1” telekanalına verdiyi müsahibədə NATO-nun hərbi fəaliyyətini və Ukraynanın NATO-ya üzv olma ehtimalını qiymətləndirib.

NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu gücləndirdiyini qeyd edən V. Putin, “NATO-nun sərhədlərimizə yaxınlaşması Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə təsir edəcək qədər mühüm bir məsələdir”, – deyə söyləyib.

Putin Qərbdən gileylənərək NATO-nun şərqə doğru genişlənməsi prosesini izah edib:

“Proses iki dalğada baş verdi. Bu, Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlərin tərəfdaşlıq səviyyəsində olduğu bir vaxtda yaşandı. Lakin narahatlıqlarımıza məhəl qoyulmadı. Sərt formada danışmaq istəmirəm, amma maraqlarımızı pozdular. Qərb öz geosiyasi maraqlarını insanların və digər xalqların maraqlarından üstün tutur”.

Ukraynanın NATO üzvü olmaq istədiyi barədə də danışan V. Putin bunun boş bir məsələ olmadığını vurğulayıb.

O, Polşa və Rumıniyadakı ABŞ raketlərinin Rusiyanın mərkəzi bölgəsinə 15 dəqiqəyə çata biləcəyini, Ukrayna NATO üzvü olarsa, buradan raketlərin Moskva şəhərinə çatma müddətinin 7-10 dəqiqəyə qədər azalacağını bildirib.

Putin Ukrayna vətəndaşlarının əksəriyyətinin ölkələrinin NATO-ya üzv olmaq istəmədiyini qeyd edib.

Əzizə Zeynal

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button