Dünya

Nemtsovun hesabında 10 milyon $ üzə çıxdı

Nemtsovun hesabında 10 milyon $ üzə çıxdı
Bir müddət əvvəl öldürülən rusiyalı müxalifətçi Boris Nemtsovun işində müəyyən detallar üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, maliyyə kəşfiyyatı idarəsi Nemtsovun Kiprdə banklarda gizli hesablarının olduğunu aşkar edib. Bu barədə \”Komsomolskaya Pravda\” qəzeti yazır.

Xəbərdə bildirilir ki, mərhum müxalifətçinin Amerika və Almaniya banklarında hesabının olduğu güman edilir, bu barədə informasiyalar hələ dəqiqləşdirilir.

Onun xarici banklardakı hesablarında 10 milyon dollar saxladığı deyilir. Bu pulların isə haradan daxil olduğu haqda qəti qərar olmasa da, onun SSRİ-nin dağılmasından sonra Ukraynada qalan hərbi arsenalın müəyyən hissəsini xarici ölkələrə satmaqda vasitəçi olduğu və buradan qazandığı düşünülür.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı ukraynalı model Anna Duritskaya onun yanında olub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button