Dünya

Makronu şoka salan sual: “Yediyin şillə“ necə idi?”

 

Emanuel Makron Fransanın şimal-şərqində yerləşən Somma departamentinin Poix qəsəbəsindəki bir ibtidai məktəbi ziyarət edib.

Savash.org xarici mediaya istinadla xəbər verir ki, söhbət zamanı bir uşaq əl qaldıraraq “Yediyin şillə necə idi?” – deyə, sual verib.

Sualdan sarsılan Makron özünü ələ alaraq gülümsəyib və “”Yaxşı bir şey deyildi. Bunu məktəb həyətində belə bir-birinizlə əsla etməməlisiniz. Kimisə vurmaq heç vaxt yaxşı olmaz. Etdiyi səhv idi” – deyə cavab verib.

Xatırladaq ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron ölkənin cənub-şərqinə rəsmi səfəri zamanı yerli sakin tərəfindən şillələnmişdi.  (Yenisabah.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button