Dünya

İŞİD jurnalistləri edam etdi

İŞİD jurnalistləri edam etdi
İŞİD terror qruplaşması liviyalı jurnalistləri qətlə yetirib.

ANS PRESS-in məlumatına görə, Liviyanın şərqində işləyən beş jurnalistin başlarının kəsilərək qətlə yetirildiyi məlum olub. Bu barədə “Reuters” xəbər yayıb.

Xəbərdə bildirilir ki, Liviya ordusunun komandanlarından Faraj al-Barassi cəsədlərin Yaşıl Dağ adlı ərazidə aşkar edildiyini deyib.

Xatırladaq ki, Liviyanın “Barqa” televiziyasının 4-ü liviyalı, biri misirli olan jurnalistlər ötən ilin avqust ayından bəri itkin hesab olunurdu. Onların Əl-Bayda və İŞİD-in nəzarətindəki Dərna bölgəsi yaxınlığında qaçırıldıqları güman edilirdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button