Dünya

“Rusiya həmişə bizə xəyanət edir”-Vaan Badasyan

Keçmiş qondarma rejimin nümayəndəsi Vaan Badasyan erməni mətbuatına verdiyi müsahibədə bir sıra diqqət çəkən fikirlər səsləndirib. O, jurnalistin “Robert Köçəryanın bloku parlamentdə çoxluğu təşkil edə bilsəydi, ölkənin sahibinin olduğunu düşünərdinizmi?” sualına belə cavab verib:

“Əlbəttə ki, Robert Köçəryan adminstrasiyası əvvəllər cinayətkar olub. Amma xain deyildi”.

Badasyan müsahibədə Fransa prezidenti Emmanuel Makronun son zamanlar Ankara ilə Paris arasındakı gərginliyin azalmasına dair fikirlərini də şərh edib: “Kimin nə dediyini bilmirəm. Amma Avropa hər zaman səmərəsiz olub. Onlara, Qərbə güvənmək olmaz. Tarix də bunu göstərib. Rusiya isə həmişə bizə xəyanət edir. Son 3 ildə Nikol Ermənistanı başsız buraxaraq məğlubiyyətlə nəticələnən müharibəyə hazırlaşdı. O da yalançı çıxdı. Döyüşlərdə provokasiya etdi, müharibəni məğlubiyyətə hazırladı və erməni xalqına bədbəxtlik gətirdi. Xalq Nikol Paşinyandan qurtulmalıdır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button