Dünya

Bayden israilli siyasətçinin qarşısında diz çökdü

ABŞ prezidenti Co Baydenin verdiyi poza dünyada gündəm olub. ABŞ lideri, Rivlinin 45 yaşlı xüsusi mətbuat katibi qarşısında diz çöküb. İsrail Hökuməti Mətbuat Ofisi fotoları dünyaya yayıb.
Sherg.az xarici media istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden ilə  İsrail Dövlətinin Prezidenti Reuven Rivlin, keçən həftə Ağ Evdə mətbuat qarşısına çıxıb. Bayden, vəzifəsindən 9 iyulda ayrılacaq Rivlini Ağ Evdə qarşılayıb və görüşün detalları ortaya çıxdı. ABŞ lideri heyranlığını göstərmək üçün Reuven Rivlinin  45 yaşlı xüsusi mətbuat katibi Rivka Ravitzin qarşısında diz çöküb.
 Şəkillərdə Ravitz və Rivlinin Baydenə baxaraq gülümsəyir.
Bayden və Rivlin arasındakı görüş Ağ Evdə qapalı qapılar arxasında baş tutub. İki lider görüş əvvəli Oval Ofisdə jurnalistlərə açıqlama verib.
Bayden 9 iyulda vəzifəsindən ayrılacaq olan Rivlini Ağ Evdə qonaq etməyin xoşbəxtliyini yaşadığını, İsrailin yeni Baş Naziri Naftali Bennetti də yaxın gələcəkdə qəbul etmək istədiyini bildirib. Ölkəsinin İsrailə dəstəyinin davam edəcəyini ifadə edən Bayden ABŞ prezidenti olaraq İsrailə verdiyi vədlərin doğru olduğuna diqqət çəkib. ABŞ-ın İsrailin Orta Şərq ölkələri ilə normallaşma prosesinə dəstək verdiyini, bölgədə genişmiqyaslı sülh və sabitlik bərpa etmək istədiklirini sözlərinə əlavə edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button