Dünya

Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 45-ə çatdı

Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 45-ə çatıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Hazırda xilasetmə axtarış tədbirləri davam etdirilir.

17:18

Filippin Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artmaqda davam edir.

“Inqurier” nəşrinin məlumatına görə, ərazidən tapılan cəsədlərin sayı artıq 31-ə çatıb.

Hadisə nəticəsində 54 nəfər xəsarət alıb. 17 nəfərin taleyi isə hələlik məlum deyil.

14:18

Filippində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Hazırda ərazidə axtarış xilasetmə işləri davam etdirilir.

Ölənlərin sayının artacağı istisna olunmur.

11:03

Filippin Hərbi Qüvvələrinin təyyarəsinin ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda qəzaya uğraması nəticəsində ən azı 17 nəfər həlak olub. Məlumata görə, 40 nəfər xilas edilib.

Xilasedicilər hadisə yerinə cəlb olunub.

09:40

Filippində göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarə ölkənin cənub-qərbindəki Xolo adasına eniş edən zaman qəzaya uğrayıb.

Bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button