Dünya

Ermənistan zəncir gəmirir: İrəvan KTMT Baş katibini sərhədə çağırır

Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və KTMT Baş katibi Stanislav Zas arasında telefon danışığı baş tutub.

Savash.org “Armenian News”a istinadla xəbər verir ki, telefon danışığı zamanı Armen Grigoryan KTMT Baş katibinin 3 iyul tarixli açıqlamasında səsləndirilən bəzi ifadə və qiymətləndirmələrdən narahatlığını bildirdib. Ermənistan Təhlükəsizlik Şurasının katibi mövcud vəziyyətin “sərhəd hadisəsi” kimi qiymətləndirilə bilməyəcəyinə bildirib, “çünki uzun müddətdir Azərbaycan hərbçiləri Ermənistanın suveren ərazisini tərk etməyiblər”.

“Azərbaycan tərəfinin hərəkətlərinin Ermənistan Respublikasının suveren ərazilərinin bir hissəsini işğal etməsinin açıq cəhdi olduğunu nəzərə alan Armen Qriqoryan bir daha vurğulayıb ki, vəziyyəti həll etmək naminə konstruktiv səyləri təhlükə altına salmamaq üçün KTMT katibliyi səviyyəsində ifadələrdə təmkin göstərilməlidir”, – deyə Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumatda qeyd olunur.

Söhbətin sonunda Armen Qriqoryan bildirib ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə yerindəcə tanış olmaq üçün KTMT katibliyinin səfərini təşkil etmək məqsədəuyğundur.

Xatırladaq ki, iyulun 3-də KTMT Baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədində baş verənləri “sıradan bir sərhəd hadisəsi” adlandırıb və KTMT-nin müdaxiləsi üçün heç bir əsas olmadığını bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button