Dünya

Qətlə yetirilən Haiti Prezidentinin həyat yoldaşı xəstəxanada ÖLDÜ

Naməlum şəxslərin hücumu nəticəsində qətlə yetirilmiş Haiti prezidenti Covenel Moisenin həyat yoldaşı Martin Moise aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Savash.org xəbər verir ki, bu barədə “Telesur” telekanalı tvitterdə məlumat yayıb.

“Haiti prezidentinin həyat yoldaşı Martin Moizin də iqamətgaha edilən hücumda aldığı xəsarətlərdən ölüb”, – məlumatda vurğulanıb.

Haiti Prezidenti Jovenel Moiz çərşənbə axşamı gecə saatlarında yaşadığı şəxsi iqamətgahda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz yaralanıb və xəstəxanaya aparılıb.

***

14:32


Haiti prezidenti Covenel Moise evində güllənərək öldürülüb.

Savash.org “Deutshce Welle” nəşrinə istinadən xəbəer verir ki, bu barədə baş nazir vəzifələrini yerinə yetirən Klod Cozef məlumat verib.

Hücum edən şəxslərin bəzilərinin ispan dilində danışdığı deyilir. Bununla belə, vəziyyətin Milli polisin və Haiti Silahlı Qüvvələrinin nəzarəti altında olduğu elan edilib. Dövlətin işində davamlılığın və əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülür.

Bəzi məlumatlara əsasən, basqın zamanı Prezidentin həyat yoldaşı da xəsarət alıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button