Dünya

Gürcüstanda parlament binasına HÜCUM: Deputatlarla görüş tələb olunur – VİDEO

Gürcüstan jurnalistləri parlament binasına hücum çəkərək deputatlarla görüş tələb ediblər.

“SAVAŞ” xəbər verir ki, mMüxalifət nümayəndələri, eləcə də parlament binası qarşısında etiraz aksiyası keçirən televiziya şirkətləri əməkdaşları və müxalifət partiyalarının üzvləri iclas salonuna basqın ediblər.

Onlar bazar günündən bəri parlament binası önünə toplaşaraq nazir İrakli Qaribaşvilinin istefasına nail olmağa çalışan bütün jurnalistlərin içəriyə buraxılmasını tələb edirlər.

Bir gün əvvəl “TV Pirveli” televiziya şirkəti,  iyulun 5-də keçirilən  etiraz aksiyaları zamanı yaralanan kanalın  operatoru Lekso Laşkaravanın vəfat etdiyi haqda məlumat verdi, qeyd edildi ki, ekspertlər ölümün dəqiq səbəblərini tezliklə müəyyənləşdirəcəklər.

Televiziya əməkdaşı  LGBT icmasının hərəkətlərinə qarşı keçirilən  etiraz aksiyası zamanı  döyülmüşdü. Gözü zədələnən operator bir neçə gün klinikada müalicə olunaraq evə buraxılmışdı.  Polis Laşkaravanın döyülməsində iştirak edən dörd nəfəri həbs etmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button