Dünya

Haitinin güllə yarası almış birinci xanımı xəstəxanadan fotosunu paylaşdı: “Ərimin söz sözü…”

Qətlə yetirilmiş Haiti Prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz həkimlərə ona göstərilən tibbi yardıma görə təşəkkür edib.

“Twitter” səhifəsində müalicə aldığı hospitaldan fotolarını paylaşan birinci xanım bunları yazıb:

“Bu dəhşətli dönəmdən  keçməkdə mənə kömək edən qoruyucu mələklər qrupuna təşəkkür edirəm. Sizin xeyirxahlığınız və qayğınız sayəsində həyata dönə bildim”.

“Hələ də ərimin son sözünü  söyləmədən getdiyinə inanmıram, bu ağrı heç vaxt keçməz.”

Çərşənbə günü Haitinin BMT-dəki Daimi Nümayəndəsi Antonio Rodriqe Moizin həyatı üçün  həyati təhlükənin sovuşduğunu bildirib.

Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moiz  İyulun 7-də naməlum şəxslər tərəfindən iqamətgahına edilən hücum nəticəsində ölümcül yaralanmışdı. Prezidentin xanımı  da güllə yarası almışdı.

Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button