Dünya

Fərhundənin edamı ölkəni sarsıtdı

Fərhundənin edamı ölkəni sarsıtdı
Əfqanıstanda ötən mart ayında guya Quranı yandırdığı söylənərək şərlənmiş və izdiham tərəfindən edam edilmiş qadının qətlilə bağlı məhkəmə prosesi başlanıb.

ANS PRESS-in məlumatına görə, prosesdə 49 müttəhim var.

Bunlardan 19-u hadisə zamanı asayişi bərpa etməkdə aciz qalan polislərdir. 28 yaşlı Fərhundə bir molla ilə mübahisə edərkən Quranı yandırmaqda ittiham edilmiş və qaragüruh tərəfindən daşqalaq olunmuşdu. Fərhundənin qətli ölkə boyunca kütləvi etirazlara səbəb olmuşdu.

Bu arada İttiham olunanlardan da bəziləri etiraf ifadələrinə təzyiq altında qol çəkdiklərini bildiriblər. Əfqanıstanın ibtidai məhkəməsində isə hakim hadisəni araşdıran DİN qrupunun prosesə gəlməsini tələb edib.

Proses televiziya ilə canlı yayınlanıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button