Dünya

Polis stadionda azarkeşləri gülləyə tutdu: 1 ölü

Polis stadionda azarkeşləri gülləyə tutdu: 1 ölü

Polşada keçirilən futbol matçı iğtişaşlar və faciə ilə başa çatıb.

Virtualaz.org saytı “Eurosport” kanalına istinadən xəbər verir ki, polyak azarkeş şənbə günü keçirilən oyun zamanı yerli polisin açdığı atəş zamanı ağır yaralanıb və xəstəxanada keçinib.

İnsidentə gəlincə isə hadisə Knuruve şəhərində yerli “Konkordiya” və Radzenkuv şəhərinin “Rux” klubları arasındakı oyun zamanı baş verib. Həmin matç zamanı yerli azarkeşlər meydana fişəng və partlayıcı maddələr atıblar. Hakim oyunu dayandırıb. Daha sonra iki klubun azarkeşləri arasında kütləvi əlbəyaxa dava başlayıb.

Polis çılğına dönmüş azarkeşləri sakitləşdirmək istəsə də iğtişaşların qarşısını almaq mümkün olmayıb. Fanatlar polisə hücum edib. Belə olan halda polis rezin güllələrdən atəş açmağa başlayıb.

Polşanın Daxili İşlər Nazirliyi bir azarkeşin polisin açdığı atəşdən yaralanması və xəstəxanada ölməsi faktını təsdiqləyib.

Qeyd edək ki, 200-dən artıq futbol fanatı yaralı azarkeşin aparıldığı xəstəxanaya gedərək orada da polislərə hücum edib. Nəticədə 4 polis zabiti xəsarət alıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button