Dünya

İtaliya Ukrayna məsələsində Rusiyaya “satıldı”

İtaliya Ukrayna məsələsində Rusiyaya “satıldı”

“İtaliya rəsmi Kiyevi dəstəkləyir. Amma Ukayna hakimiyyəti zəruri iqtisadi və konstitusional islahatları həyata keçirməli, o cümlədən Donbasa muxtariyyət verməlidir”.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, bu sensasion bəyanatla İtaliyanın xarici işlər naziri Paolo Centiloni çıxış edib.

Nazir İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində deyib ki, o, mayın 5-də Ukraynaya səfəri zamanı da bu məsələni rəsmi Kiyev qarşısında qaldıracaq.

Paolo Centiloni qeyd edib ki, İtaliya da Avropa İttifaqqının siyasi xəttinə dəstək verərək Rusiyaya qarşı sanksiyalara qoşulub: “Lakin bu sanksiyalar İtaliyaya çox baha başa gəlir. Moskva ilə açıq kanallarla əlaqələri dəstəkləmək gərəkdir. Rusiya ilə qapıları üzümüzə bağlamamalıyıq”.

“Bloomberg” agentliyi martda bildirmişdi ki, İtaliya Rusiyaya qarşı sanksiyalardan imtina etməyə hazır olan ölkələrin başında gəlir. Çünki bu sanksiyalar İtaliya iqtisadiyyatına ciddi zərbə vurur.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanskiyaları ötən ilin martında Ukrayna münaqişəsi başlayandan dərhal sonra tətbiq ediblər. Buna cavab olaraq Rusiya da həmin sanksiyalara qoşulan ölkələrdən ərzaq idxalını dayandırıb.

Ukraynanın federallaşdırılmasına və ayrı-ayrı vilayətlərə muxtariyyət verilməsinə dair referendumun keçirilməsinin mümkünlüyü barədəki fikirlər isə Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən bu il fevralın 7-də Münhendə dilə gətirilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button