Dünya

“Silahlar işə düşəcək, işğaldan azad edəcəyik” – Ukraynalı nazir Donbasa hücumdan danışdı

Kiyev Rusiyada keçiriləcək parlament seçkilərindən sonra Donbasın silah gücünə azad edilməsi variantını nəzərdən keçirməlidir.

Bu barədə “Obozrevatel” telekanalına Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə keçmiş nazir müavini Yuri Qrımçak danışıb.

“Bunun siyasi-diplomatik yollarla baş verməsini istərdim, amma ordu silaha sarılmaq variantına da hazır olmalıdır”,- deyə o, bildirib.

Onun sözlərinə görə, Donbasda yaşayan rusların Dövlət Dumasına seçkilərdə iştirakı Moskvanın bu torpaqları ilhaq etmək niyyətindən xəbər verir.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov eyni vaxtda həm Rusiya, həm də və Ukrayna vətəndaşlığı olan Donbas sakinlərinin 17-19 sentyabr tarixlərində keçiriləcək seçkilərdə maneəsiz iştirak edə biləcəyini söyləmişdi.

Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button