Dünya

Cüdo Federasiyasından SƏRT QƏRAR: Məşqçilər qovuldu – İdmançıların maaşı azaldıldı

Tokio-2020-də uğursuz çıxış edən Azərbaycan cüdoçuları və onların məşqçiləri cəzalandırılıb.

Savash.org xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən cüdo millisinin məşqçi heyəti tam tərkibdə qovulub. İdmançıların isə maaşı azaldılıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının qərar verdiyi bildirilir.

Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli istefaya göndərilib. Gənclərdən ibarət millinin baş məşqçisi, sabiq üçqat Avropa çempionu Elçin İsmayılov olacaq.

Qeyd edək ki, Tokio-2020 olimpiya oyunlarında Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si bürünc medal qazanıb, 17 idmançı isə yarışı davam etdirir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button