Dünya

Türkiyədəki meşə yanğınları ilə bağlı son durum AÇIQLANDI

Türkiyədə 3 vilayətdə meşə yanğınları davam edir.

Savash.org “NTV”yə istinadən xəbər verir ki, yanğın hazırda Antalya, Muğla və Isparta vilayətlərində davam edir.

Məlumata əsaən, Aydın və Denilizdəki yanğınlar nəzarət altına alınıb.

16 təyyarə və 51 helikopter yanğın söndürmək üçün başladılan əməliyyatlara havadan dəstək olur.

Antalyada havanın temperaturunun yüksək olması və güclü külək səbəbindən yayılan alovlar Ortakonuş, Çarızözü, Senir, Narağacı, Balkaya ve Ümütlü məhəllələrinə sıçrayıb.

Muğlanın Marmaris bölgəsində küləyin artması səbəbindən alovların da güclənəcəyi bildirilir.

Ispartada isə yanğınlar yaşayış məskənlərinə çatıb və bəzi evlərin sakinləri təxliyyə edilib. Sütçüler adlı blgədə 15 ev zərər görüb, 10 nəfər isə dumanın təsirinə məruz qalıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button