Dünya
Nazir də iş axtarır
Yunanıstanın sabiq naziri hamını təəccübləndirəcək addım atıb. Sabiq daxili işlər naziri Arqiris Dinopul iş axtarması barədə elan yayımlayıb. Elanda bildirilir ki, siyasətdə və iqtisadi böhran şəraitində 13 il təcrübəsi olan sabiq nazir iş axtarır. Samaras hökumətində daxili işlər naziri postunda olan Arqiris Dinopul 25 yanvarda keçirilən seçkidə uduzduqları üçün özünə iş axtarmağa qərar verib. Onun iş elanı devnetjobs.org saytında yerləşdirilib.
Qeyd edək ki, sabiq nazir eyni zamanda jurnalist fəaliyyəti ilə də tanınır. O, bir müddət Yunanıstan mətbuatı üçün müharibə reportajları yazıb.