Dünya

Tələbənin qatili: mişarla doğradım, hissələri… – ifadəsi dəhşət doğurdu

Türkiyənin Antalya şəhərində Akdeniz Universitenin Rabitə fakültəsinin qəzetçilik bölümündə təhsil alan 3-cü kurs tələbəsi Azra Gülendam Haytaoğlu vəhşicəsinə qətlə yetirilib.

Savash.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Mustafa Murat Ayxan əməlini etiraf edib.

Mustafa Murat Ayxan dindirilmə zamanı qətlin təfərrüatlarını açıqlayıb. O, ifadəsində Azranın üzərini örtmək istəyərkən əlinin qızın bədəninə dəydiyini, gənc qızın ona sərt reaksiya verməsindən qorxaraq panikaya düşərək onu boğaraq öldürdüyünü söyləyib.

Bıçaq və mişarla qızın bədənini doğradığını etiraf edən Ayxan cəsədin parçalarını idman çantasına qoyaraq 3 dəfəyə evdən çıxardığını bildirib.

O, qızın başını uçurumdan atdığını, qollarını, ayaqlarını və gövdəsini meşədə kolluğun arasında gizlətdiyini deyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button