Dünya

Yunanıstanda meşə yanğınları – 26 nəfər diri-diri yanaraq öldü

Meşə yanğınları Yunanıstanı da cənginə alıb. Paytaxt Afina yaxınlığındakı Varipombidə başlayan yanğınlar Yunaıstan paytaxtında ciddi problemlərə yol açıb. Afinanı səmasımı qara tüstü bürüyüb, insanlara pəncərələrini bağlayıb, küçələrə çıxmamaq çağırışı edilib. Şəhər sanki cəhənnəm əzabını yaşamaqdadır.

Savash.org “milliyet”ə istinadən xəbər verir ki, Yunaıstanda hazırda son 35 ilin ən isti günlərini yaşayır. Ölkənin bir çox yerində havanın temperaturu 46 dərəcəyədək yüksəlir.

Paytaxt Afinanın 20 km-də yerləşən Varipombidə başlayan yanğınlarda  çoxsaylı evlər yanıb külə dönüb. İnsanlar məcburiyyət qarşısında evlərin qoyub qaçırlar. Yanğın nəticəsində Selanik-Afina magistralı bağlanıb. Yanğın bölgəsində  və yaxınlığında yaşayan insanların tüstündən zəhərlənməməsi məqsədi ilə N95 tibb özəl maskasını taxmaq  tövsiyyə edilib.

Yanğınlar eyni zamanda ölkədə, xüsusən də Afinada elektrik verilişinin kəsilməsinə səbəb olub.  Yunansıtan əhaliyə olan elektrik enerjisini Türkiyə və Bolqarıstandan almaq məcburiyyətində qalıb.

Egriboz yarmadasında Limni  yaşayış məntəqəsi yaxınlığında baş verən yanğınlarda isə 150 ev yanaraq külə dönüb. Minlərlə insan evini tərk etmək zorunda qalıb. Yunanıstanın Kozani, Grevena, Rodos, İstanköy adalarında və Mora yarımadasını da  yanğınlar cənginə alıb. Yanğınların söndürmək üçün hakimiyyət əlindən gələni edir.
Onu da qeyd edək ki. 2018-ci ildə afina yaxınlığındakı Mati yaşayış məntəqəsində  baş verən yanğın  Yunaıstan tarixində ən dəhşətli  və çoxsaylı insan tələfatına yol açan yanğın hesab olunur. Həmin yanğında 81 nəfər həyatını itirdi. Təkcə bir villaının həyətində 26 insan diri-diri yanaraq can verib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button