Dünya

Kadırov Çeçenistanın buraxdığı pilotsuz təyyarəni sınaqdan keçirdi

Kadırov Çeçenistanın buraxdığı pilotsuz təyyarəni sınaqdan keçirdi
Çeçenistan lideri Ramzan Kadırov çeçen mütəxəssisləri tərəfindən hazırlanmış pilotsuz təyyarənin sınağını keçirib.

ANS PRESS-in məlumatına görə, Kadırov təyyarənin köməyi ilə qarğa sürüsünü qovub.

Kadırov təyyarə ilə qarğa sürüsünü necə qovduğu ilə bağlı videonu öz “Instagram” hesabında paylaşıb.

\”Mən bundan əvvəl də bildirmişdim ki, çeçen mühəndislərinin hazırladığı çox muasir mini pilotsuz təyyarənin uçuş sınaqlarını keçirəcəm. Bu gün sınaq zamanı bu aparat vasitəsi ilə sərnişin, yük və ya hərbi təyyarənin aeroportda uçuşdan və ya enmə anından əvvəl qarğaların və başqa quş sürüsünün dağıdılması imkanlarını təsadüfən ortaya çıxardım”, – deyə Kadırov bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button