Dünya

Fövqəladə hallar naziri aeroportda belə dincəlir

Fövqəladə hallar naziri aeroportda belə dincəlirUkraynanın Nepalda baş vermiş zəlzələ zonasından ölkə vətəndaşlarının evakuasiyası üçün keçirdiyi uğursuz xilasetmə əməliyyatı ciddi siyasi qalmaqala səbəb olub.

Xəbər verildiyi kimi, Ukraynanın fövqəladə hallar naziri Zoryan Şkiryakın başçılığı ilə başladılan xilasetmə əməliyyatı üçün Müdafiə Nazirliyi İl-76 hərbi-nəqliyyat təyyarəsi ayırıb. Lakin təyyarə Nepalın paytaxtı Katmandudan geri qayıdarkən Hindistanın paytaxtı Dehlidə xarab olub.

Təyyarənin təmir olunması üçün Ukraynadan Müdafiə Nazirliyi ehtiyat hissə göndərsə də işə yaramayıb. Məlum olub ki, ehtiyat hissənin özü də nasazdır. Həmçinin təyyarənin şassisi deşilib.

Nəticədə nazir və onu müşayiət edən bir qrup ukraynalı jurnalist Dehli aeroportunda uzun müddət gözləməli olub. Təyyarə nəhayət ki, təmir edilib və yolüstü yanacaq götürmək, zəlzələ zonasından evakuasiya edilənlərin və heyət üzvlərinin dincəlməsini təmin etmək üçün mayın 6-na keçən gecə Bakıya eniş edib. Təyyarə bu axşam Bakıdan Kiyevə uçacaq.

Virtualaz.org saytı xəbər verir ki, Ukrayna tərəfinin yaydığı məlumata görə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi təyyarə heyətinin və sərnişinlərinin Bakı aeroportundan daşınıb otellərə yerləşdirilməsini, yeməklə təmin olunmasını və istirahətini təmin edib.

Ukraynada isə uğursuz xilasetmə əməliyyatı ilə bağlı mübahisələr başlayıb. Daxili işlər naziri Arsen Avakov bildirib ki, əməliyyatın bu cür uğursuz olmasına görə cavabdehliyi fövqəladə hallar naziri Zoryan Şkiryak daşıyır və nazir buna görə cavab verməli olacaq.

Prezident Pyotr Poroşenkonun administrasiyasında və baş nazir Arseni Yasenyukun ofisində də Nepaldan Ukrayna vətəndaşlarının evakuasiyasının bu cür pis təşkil edilməsinin səbəbləri müzakirə olunub. Zəlzələ aprelin 25-də baş versə də Ukrayna zərərçəkən vətəndaşları üçün təyyarəni ancaq mayın 5-də göndərib. Üstəlik təyyarə nasaz çıxıb.

Ukrayna KİV-ləri xəbər verir ki, Yasenyuk əvvəlcə evakuasiya üçün çarter reysi sifariş verilməsini təklif edib. Lakin Poroşenkonun administrasiyası israr edib ki, hökmən Ukrayna təyyarəsi uçmalıdır.

Şkiryak bildirib ki, onun sərəncamında müvafiq təyyarə yoxdur. Bu zaman işə Müdafiə Nazirliyi cəlb olunub və hərbi-nəqliyyat təyyarəsi ayrılıb. Həmçinin mənbələr bildirir ki, Şkiryaka özü ilə jurnalistləri götürməmək tövsiyə olunub. Ancaq o, bu məsləhətə əməl etməyib və nəticədə uğursuz evakuasiya əməliyyatı barədə neqativ xəbərlər ildırım sürəti ilə yayılıb.

Həmçinin jurnalistlər İl-76 təyyarəsinin sərnişinlərinin Dehli və Bakı aerportunda vəziyyətini əks etdirən çoxsaylı fotoları yayıblar. Belə fotolardan birində aeroportun uçuş-enmə zolağında Nepaldan evakuasiya olunan ukraynanlıların və onları evakuasiya etməyə gedənlərin necə “dincəldiyi” əks olunub.

Kadrlardan birində fövqəladə hallar naziri Zoryan Şkiryak asfalt-beton örtüyünün üstünə uzanmış vəziyyətdədir. Fotonu naziri müşayiət edən jurnalistlərdən biri çəkib və Facebookda yerləşdirib. Fotonun Bakı aeroportunda çəkildiyi bildirilir. Halbuki Bakı Beynəlxalq Hava Limanında bu cür uçuq-sökük binalara rast gəlmək mümkün deyil.

Deməli, Ukrayna KİV-ləri texniki səhvə yol veriblər. Fotolar Bakıda yox, Dehli aeroportunda çəkilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button