Dünya

Rusiyanın müdafiə naziri Zelenskiyə “anekdot”la cavab verdi: “Burada fəvvarə olub?”

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu maraqlı açıqlaması ilə diqqətləri öz üzərinə çəkib. Belə ki, onun Zelenskinin Ukraynanın Krımın Ukraynanın tərkibindəki gələcəyi ilə bağlı açıqlamasına verdiyi cavab öz orijinallığı ilə fərqlənib.

Rusiya Federasiyasının müdafiə naziri  Sergey Şoyqu Ukrayna prezidenti Vladimir Zelenskinin Krımla bağlı sözlərinə çalışmayan fəvvarə haqda Odessa lətifəsi ilə cavab verib:

“Bilirsiniz, bir köhnə Odessa lətifəsi var. Həmin lətifədə əcnəbi qonaq çalışmayan fəvvarəyə işarə edərək odessalıdan soruşur: “Burada fəvvarə olub?” Odessalı onun sualına belə cavab verir: “Olub niyə? O həmişə olub, var və olacaq”,– deyə nazir söyləyib.

Onun sözlərinə görə, Ukrayna liderləri gəldi-gedərdi, yarımada isə həmişə Rusiyaya aid olub, bundan sonra da ona aid olacaq.

Daha əvvəl “Dom” telekanalına  müsahibəsində Zelenski uşaqlıqda Krımda keçirdiyi günləri xatırlamışdı. O, bildirmişdi ki, rusiyalılar heç vaxt bu bölgəni ukraynalılar qədər sevməyəcəklər, özü də yarımadanın Kiyevin nəzarətinə qaytarılması zaman məsələsidir.

Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button