Dünya

“Taliban” Əfqanıstanda hakimiyyəti ƏLƏ KEÇİRDİ – Prezident istefaya razılıq verdi

Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verməyə razılıq verib.

Bu barədə Savash.org xarici mətbuata istinadən xəbər verir.

Əfqanıstanda keçid hökuməti yaradılıb.

Bu barədə Savash.org “RİA Novosti”yə istinadən xəbər verir.

Keçid hökumətinə ölkənin sabiq daxili işlər naziri Əli Əhməd Cəlali rəhbərlik edəcək. Prezident Əşrəf Qaninin istefa verdiyi bildirilir.

Qeyd edək ki, Kabildə prezident sarayında Əfqanıstan hakimiyyət nümayəndələri ilə “Taliban” arasında danışıqlar gedir. Əfqanıstanda Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah vasitəçi rolunda çıxış edir.

Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.

Savash.org xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Taliblər”in bəyanatında qeyd edilir ki, artıq ölkənin heç bir yerində hərbi əməliyyat aparılmır. Hərəkat Əfqanıstanın bütün ərazisində nəzarəti əlinə alıb.

Daha əvvəl yayılan məlumata görə. Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək. Hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq.

 

 

“Taliban” liderləri Kabildə Prezident sarayında 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button