Dünya

İranda mühafizəçinin xadiməni zorlamaq istədiyi otel yandırıldı

İranda mühafizəçinin xadiməni zorlamaq istədiyi otel yandırıldı
İranın Mahabad şəhərində etiraz aksiyasının iştirakçıları \”Tarai\” mehmanxanasını yandırıblar.

\”Report\” xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb.

Xəbərə görə, 23 yaşlı qadın xidmətçi Fərinaz Xosrovniyə təhlükəsizlik orqanlarından birinin əməkdaşı təcavüz etmək istəyib. Otelin sahibinin baş verənlərə göz yumması qarşılığında məmur ona \”5 ulduzlu\” mehmanxana verəcəyinə boyun olub. Hakimiyyət təmsilçisinin zorakılığından qurtulan qadın mehmanxananın 4-cü mərtəbəsindən özünü ataraq, aldığı xəsarətdən yerindəcə ölüb.

Baş verənləri şəhər valisi Cəfər Kətani də təsdiqləyib. Şübhəli şəxs saxlanılıb.

Məlumatda bildirilib ki, mehmanxananın ətrafına minlərlə etirazçı toplaşıb. Polislərlə etirazçılar arasında qarşıdurma yaranıb.

Tutulanlar və yaralananlar var.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button