Dünya

Ermənistanda gizli səfərbərlik keçirilir?

Daha əvvəl bildirildiyi kimi, Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilər üçün üç aylıq təlim-məşq toplanışı elan etməyi təklif edib. Azadlıq Radiosunun erməni xidmətindən verilən məlumata görə, hərbi komissarlıqlar avqustun 25-dən başlayaraq bildirişləri göndərməyə davam edir. Diqqətçəkən məqam odur ki, hökumət bununla bağlı heç bir qərar verməyib.

Hüquq müdafiəçisi Armine Sadikyan, ehtiyatda olan zabitlərin hazırlanması ilə bağlı iki qərar layihəsinin hazırlandığını söyləyib. Onun sözlərinə görə, birincisinin müzakirəsi bu gün, digərinin isə avqustun 26-da başa çatmalıdır. Sadikyan qeyd edib ki, belə qərarlar adətən hökumət iclasında, ictimai müzakirələrdən sonra verilir.

 

Armine Sadikyan

“Bəlkə də qərar artıq verilib. Amma, məntiqi olaraq bu ola bilməzdi, çünki layihə hələ də müzakirə mərhələsindədir. Buna görə də Müdafiə Nazirliyi təlim-məşq toplantısının keçirilməsi ilə bağlı bildiriş göndərə bilməz. Yəni ilk addım hökumətin qərar qəbul etməsi, ikinci addım isə vətəndaşların xəbərdar olmasıdır”, – o vurğulayıb.

Hüquq müdafiəçisi əlavə edib ki, hökumət tərəfindən qərar verilməsə, ehtiyatda olanların çağırışı qanunsuzdur.

“Qərarı görmədiyimi qiymətləndirə bilmərəm, buna görə heç bir qərar yoxdursa, əlbəttə ki, qanunsuz hesab edilə bilər”, – Sadikyan deyib və əlavə edib ki, belə qərarlar gizli şəkildə qəbul edilə bilməz.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button