Dünya

Əşrəf Qani Əfqanıstana qayıdacağını bəyan etdi – “Geri dönsə, öldürüləcək…”

Əfqanıstan prezidenti Əşrəf Qani ölkəsinə geri qayıdacağı ilə bağlı açıqlama verib. O, “əfqanlara münasibətdə ədalətə nail olmaq üçün” səylərini davam etdirməyi planlaşdırdığını vurğulayıb.

Maraqlıdır, prezidentin bu açıqlaması nəyə hesablanıb? O doğurdan geri qayıda bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə Əşrəf Qaninin açıqlamasını manipulyasiya adlandırıb:

“Əşrəf Qaninin Birləşmiş Ərəb Əmirliyindən bu kimi açıqlamalar verməsi siyasi səhnədə olmasını göstərmək cəhdidir. Onun bu illər əzrində Əfqanıstanda apardığı siyasət demək olar ki, effektli olmadı. Yəni ordu quruculuğu, dövlət təsisatı, əfqan cəmiyyətinin inkişafı istənilən səviyyəyə gəlib çata bilmədi. Hakimiyyət üçün yalnız korrupsiya, rüşvətin əldə edilməsi maraqlı oldu. ABŞ-ın Əfqanıstana milyardlarla dollar ayırmasına baxmayaraq, Əşrəf Qani və komandası bu pulu xarici banklara yatırmaqla məşğul idi”.

Ekspert Əşrəf Qaninin Əfqanıstana qayıtmasının ölümlə nəticələnəcəyini bildirib:

“Əşrəf Qanini əfqan cəmiyyəti də qəbul etmək istəmir. Onun prezident kimi Əfqanıstana dönməsi real deyil. Onun bu açıqlamaları manipulyasiyadır. Artıq Əfqanıstan İslam Respublikası süquta uğrayıb. Əşrəf Qaninin xalqa, orduya vurdğu psixoloji zərbə onun bir daha ölkəyə qayıtmaması üçün əsasdır. Əgər Əşrəf Qani Əfqanıstana qayıdarsa, o zaman yerli xalq tərəfindən öldürüləcək”.

Əzizə Zeynal

Sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button