Dünya

Ölüm vadisinin girişində döyüşlər: “Taliban” 300-dən çox döyüşçü itirib

Əfqanıstanda “Taliban”la Pəncşir vadisinə nəzarət edən antitalib koalisiyası arasında danışıqların baş tutmamasının ardınca taliblər vadiyə ilk hücum cəhdi ediblər. Lakin gələ xəbərlərə görə, “Taliban” qüvvələri Pəncşir vadisinin girişində ağır itki veriblər və 300-ə yaxın döyüşçü itiriblər. Bir qrup “Taliban” yaraqlısının isə əsir götürüldüyü bildirilir.

Xəbər verildiyi kimi, ötən gün “Taliban” əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu. Pəncşir vadisinə nəzarət edən 32 yaşlı Əhməd Məsuda ultimatum verərək vilayətin təslim edilməsi üçün 4 saat vaxt ayırmışdı. Lakin Əhməd Məsud bu ultimatumi rədd etdi və axşama doğru “Taliban” elan etdi ki, Pəncşir vadisinə nəzarəti təmin etmək üçün yüzlərlə döyüşçü göndərilib.

Daha sonra “Taliban”ın Pəncşir vilayəti ilə qonşu Baqlan vilayətində antitalib koalisiyasının nəzarətinə keçmiş üç rayonu geri qaytardığı haqda xəbərlər yayıldı. Amma BBC ilə əməkdaşlıq edən tanınmış jurnalist Yalda Hakim özünün Twitter  səhifəsində bildirir ki, Əhməd Məsudun qüvvələri Baqlan vilayətinin Əndarab rayonunda taliblərə pusqu qurublar və onlardan 300-ə yaxınını məhv ediblər.

Əfqanıstanın vitse-prezidenti, Əşrəf Qəninin qaçmasından sonra özünün ölkənin qanuni prezidenti elan edən və Pəncşir vadisinə çəkilən Əmrulla Saleh isə Twitter-də “Taliban”a istehza edərək yazıb: “Taliblər qonşu Əndarab vadisində pusquya salındıqdan və oradan çətinliklə sağ çıxdıqdan  sonra indi Pəncşir vadisinin girişində qüvvələrini cəmləyiblər. Bununla belə Salanq şossesi müqavimət qüvvələri tərəfindən bağlanıb. Elə yerlər var ki, oradan qaçmaq lazımdır. Görüşərik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button