Dünya

Partiya sədri vəfat etmiş eks prezidentə rəhmət diləmədi

Partiya sədri vəfat etmiş eks prezidentə rəhmət diləmədi
Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici dünən dünyasını dəyişən 7-ci prezident Kənan Evren haqqında sərt açıqlamaları ilə yadda qalıb.

Avropa.info xəbər verir ki, Mustafa Destici 1980-ci ildə hərbi çevriliş yolu ilə hakimiyyəti qəsb etmiş Kənan Evrənə Allahdan rəhmət diləməyəcəyini deyib.

\”Dünən Kənan Evren vəfat edib. Allah rəhmət eləsin deməyəcəyəm . Allah əməliylə müamilə etsin. Çünki o Uca Allahdan rəhmət diləyəcək işlər görmədi. Təəssüf ki, onun həyata keçirdiyi çevrilişdə milyonlarla insan əzab çəkdi . Yüz minlərlə insan həbs edildi. Yüzlərlə insan həbsxanada işgəncələrlə həyatını itirdi. Onlarca insan haqsız yerə edam edildi. Milyonlarla insanın gələcəyinin məhvinə səbəb oldu . Mən İmam Xətib Məktəbində tələbə idim , məktəbimizdəki qız tələbələrimizin, bacılarımızın baş örtülərini ağlayaraq başlarından çıxarmaq məcburiyyətində qaldıqlarını, bir qisminin də məktəbi tərk etdiyini gördüm. O üzdən Allah rəhmət eləsin deməyəcəyəm. Haqq etdiyini, orada tapsın – deyirəm – dedi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button