Dünya
Kiyev Donbasa görə Rusiyadan 350 milyard dollar tələb edir
Rəsmi Kiyev hesab edir ki, Rusiya Donbasdakı dağıntılara görə Ukraynaya təzminat olaraq 350 milyard dollar ödəməlidir.
Musavat.com-un məlumatına görə, bu barədə ölkənin iqtisadi inkişaf və ticarət nazirinin müavini Aleksandr Borovik “5-ci kanal”a müsahibəsində deyib.
“Hansısa mərhələdə Rusiya təzminat ödəməli olacaq. Biz indidən hesablamalı, harada mümkündür bunun lobbiçiliyini etməyə hazır olmalıyıq” – bildirib nazir müavini.
Borovik həmçinin, Ukraynanın itkilərini 1991-ci ildə İraqın təcavüzünə məruz qalan Küveytin tələbləri ilə müqayisə edib. “İtkilər təxminən eynidir” – əlavə edib o.
Loading...