Dünya
Alim aldığı Nobel mükafatını 4,1 milyon dollara satdı
Amerikalı alim, DNT strukturunu kəşf edənlərdən biri Ceyms Uotsonun Nobel mükafatı \”Christie\’s\” auksionunda 4,1 milyon dollara satılıb.
86 yaşlı Uotson mükafatını satmaq qərarına gələn ilk Nobel mükafatı laureatıdır.
Bundan başqa, Ceyms Uoysonun 10 dekabr 1962-ci ildə Stokholmda Nobel komitəsinin təntənəli mərasimindəki çıxışı üçün tezislərinin əlyazması da 200 min dollara, mühazirəsinin qaralaması isə 200 min dollara satılıb. Alim bildirib ki, əldə olunan vəsaiti xeyriyyəçiliyə sərf edəcək (musavat.com).