Dünya

Müdafiə naziri paradda yuxuladı, edam edildi – ŞOK

Müdafiə naziri paradda yuxuladı, edam edildi - ŞOK Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələr naziri Xön Yön Çxol izdiham qarşısında zenit topundan güllələnərək edam olunub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Renxap” agentliyi məlumat yayıb.

Məlumata görə, vəzifəsindən azad olunan nazir KXDR lideri Kim Çen Inın iştirak etdiyi “hərbi paradda yuxulamaqda” ittiham olunub.

Qeyd edək ki, 2013-cü ilin dekabrında KXDR Xalq Təhlükəsizlik Nazirliyinin hərbi tribunalının hökmünə əsasən, ölkə başçısı Kim Çen Inın əmisi Çan Son Txek edam edilib. Edam edilən 67 yaşlı Çan Son Txek əvvəllər Dövlət Müdafiə Komitəsi sədrinin müavini postunda çalışıb. Çan Son Txekə qarşı dövlət çevrilişi və korrupsiya ittihamı irəli sürülüb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button