Hüsnü Mübarək azadlığa buraxıldı
Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa buraxılıb.
\”Report\” \”RİA Novosti\”yə istinadən xəbər verir ki, bunu Misir Penitensiar Xidmətinin rəisi Həsən Suxaqi bildirib: \”Baş prokuror keçmiş prezidentin cəza müddətinin başa çatması ilə bağlı bizi məlumatlandırdı. Onun azadlığa çıxamsına səbəb istintaq altında saxlanıldığı vaxtın cəza müddəti kimi hesablanmasıdır\”.
Qeyd edək ki, mayın 9-da Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin və iki oğlunun korrupsiya ittihamı ilə bağlı işinə yenidən baxaraq, onların 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. İstintaq materiallarına əsasən, onlar prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə ittiham olunmuşdu.